Bu Blogda Ara
26 Şubat 2014
PUL bir yatağı ala biler, amma yuxunu ala bilmez. PUL bir saatı ala biler, amma zamanı ala bilmez. PUL bir kitabı ala biler, amma biliyi ala bilmez. PUL qan ala biler, amma heyat ala bilmez. PUL dermanı ala biler, amma sağlamlığı ala bilmez. PUL eyş-işreti alar, amma sevgini ala bilmez. PUL sığorta ala biler, amma tehlükesizliyi ala bilmez. PUL yemek ala biler, amma iştahı ala bilmez.... Pulla her şeyi almaq mümkün deyil. Pul bizim üçün ikinci dereceli şeyleri almağa qadirdir ancaq. Pul çox şeydir ama her şey deyil...!
26 fevral Xocalı soyqırımı.
Ümumi itkilər
613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə
tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini,
130 uşaq valideynlərindən birini itirdi, 1275 xocalılı
əsir, 150 xocalılı itkin düşdü.
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na
keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən
Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı
şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı
baş vermiş soyqırımdır.
Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş
vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım
zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir.
1992 -ci il fevralın 25-dən 26-na keçən gecə
Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi
(Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı
alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi
ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl,
fevralın 25-i axşam şəhər toplardan və ağır
artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın
26-ı səhər saat 5 radələrində Xocalı tam alova
büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən
2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə
çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün
içində yer üzündən silinən şəhəri tərk edən 2500
Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib
qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü
uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613
nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə
məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq
valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş
gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275
xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və
əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan
qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.
Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə "Xocalı
qətliamı" , "Xocalı soyqırımı" kimi anılır. Ermənistanda
isə bu əməliyyat "Xocalı döyüşü" , "Xocalı hadisəsi"
terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı
"Xocalı qətliamı" ( ing. "Khojaly Massacre" ,
fr. "Massacre de Khodjaly" ) terminindən istifadə
etməyə üstünlük verir.
Xocalı strateji hədəf kimi
7000 əhalisi olan Xocalı, Xankəndindən 10 km cənub-
şərqdə, Qarabağ dağının sisiləsində və Ağdam- Şuşa,
Əsgəran - Xankəndi yollarının üstündə yerləşir.
Qarabağdakı yeganə aeroport da Xocalıdadır.
Ermənilərin Xocalıya əsas maraqları da Xocalının bu
cür strateji mövqeyə malik olması ilə əlaqədar idi.
Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim
tarixi abidələr indiyə qədər qalmaqdadır. Xocalının
yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən
Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir.
Burada son bürünc və ilkin dəmir dövrlərinə aid
edilən dəfn abidələri – daş qutular, kurqanlar və
nekropollar tapılmışdır. Həmçinin burada arxitektur
abidələr – dairəvi qəbr ( 1356 -1357 -ci illər) və
mavzoley ( XIV əsr ) vardır. Arxeoloji qazıntılar zamanı
müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları,
gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq
dənələrindən birində Assuriya şahı Adadnerarinin
(bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.
Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və
əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq
fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var
idi.
Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq
Fərqanəd ən ( Özbəkistan) qaçqın düşmüş 54 ahısqa
türkü ailəsi, həmçinin Ermənistandan və
Xankəndindən qovulmuş bəzi azərbaycanlı ailələri
şəhərdə məskunlaşmışdılar.
Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı
dəstələrinin əsas vəzifəsi Xocalı platsdarmının məhv
edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi
24 Şubat 2014
23 Şubat 2014
Babanın namazda nəvəsi ilə imtihanı
Belə ki, uşaq namaz qılan babasının belinə çıxmağa başlayıb. Əlindəki balaca uşaq silahı ilə ətrafdakılara hədəfə almaq iştəyib.
Baba isə heç nəyə fikir vermədən öz namazına davam edib.
Baba isə heç nəyə fikir vermədən öz namazına davam edib.
21 Şubat 2014
19 Şubat 2014
14 Şubat 2014
13 Şubat 2014
12 Şubat 2014
11 Şubat 2014
8 Şubat 2014
7 Şubat 2014
Kaydol:
Kayıtlar (Atom)