Bura gələn qonaqlar ayaqyalın gəlir və şalvarlarının balaqlarını qatlamalı olur
Dünya maraqlı məkanlarla doludur. Belə məkanlara insanlar çox vaxt dincəlmək üçün gəlir. Bir çox ölkədə qeyri-adi dizayna malik restoranlar fəaliyyət göstərir. Məkanın sahibləri müştəri cəlb etmək üçün sanki bir-birinin bəhsinə girir.
Bu restoranlara insanlar sadəcə yeməkyeməyə gəlmir, həm də maraqlı mənzərə seyr etməyə gəlir. ANS PRESS-inməlumatına görə, Filippindəki San-Pablo şəhərinin yaxınlığında yerləşənrestoranın sahibləri qəribə ideyaları ilə fərqləniblər.
Bu restoran müəssisəsi onunla maraqlıdır ki,öz şəlaləsi vardır. Masalar şəlalənin ətəyində suyun içində qoyulub, müştərilərisə şalvarlarının balaqlarını dizədək qatlayaraq ayaqyalın gəzirlər. Təbii kibu cür məkanlar dizaynına görə, başqa restoranlardan fərqli olaraq xidmətləriniyüksək qiymətləndirməkdə haqlı olurlar.