Azərbaycan təhsil tarixində ilk dəfə olaraq yeni bir layihə həyata keçirilir.
BiG.az-ın Təhsil Nazirliyinə istinadla verdiyi məlumata görə, "Sağlam təhsil-sağlam millət" layihəsinə əsasən "Sağlam təhsil sinfi"ndə tədris hərəkətdə təlim şəraitində həyata keçirilir. Şagird masaları həm qismən oturaraq, həm də ayaqüstə çalışmaq imkanı yaradır. Bu masaları hazırda istifadə edilən məktəb masalarından fərqləndirən ən mühüm cəhət onların səthinin nisbətən maili olmasıdır. Belə maillilik şagirdin vizual dərketməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Sinif otaqlarındakı digər avadanlıqlar da layihəyə uyğun hazırlanaraq yerləşdirilib.