Azərbaycanın “Baku Fires” boks komandası Ümumdünya Boks Seriyası (SB) Liqasında bu mövsümdə ikinci ev görüşünü keçirib. Quba Olimpiya Kompleksində keçirilən qarşılaşmada komandamız Kubanın "Cuba Domaderos" komandasına 3-2 hesabı ilə məğlub olub. Gərgin mübarizə şəraitində keçən yarışda 49 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Xamza Nametov Yosbani Veitaya, 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmməd Qurbanov isə Robeysi Ramirezə məğlub olub. Bundan sonra komandamız ardıcıl iki qarşılaşmada qalib gələrək ümumi hesabı bərabərləşdirməyə nail olub. Əvvəlcə 64 kiloqramda döyüşən boksçumuz Heybətulla Hacəliyev rəqibi Yasiner Toledoya heç bir şans verməyərək inamlı qələbə qazanıb. Onun ardınca 75 kiloqramda “Baku Fires”i təmsil edən Xaybulla Musalov Ramon Luisə qalib gəlib. Lakin həlledici döyüşdə təmsilçimiz Denis Latipov Erislandi Savonla mübarizədən məğlub ayrılıb ki, bu da kubalıların qarşılaşmada qələbəsini təmin edib. Bununla da keçirdiyi bütün matçların hamısında qalib gələn “Cuba Domaderos” komandası “A” qrupunun vahid lideridir. “Baku Fires” boks komandası yanvarın 18-də Quba Olimpiya Kompleksində növbəti yarışa çıxacaq. Bu qarşılaşmada komandamızın rəqibi Qazaxıstan boksçuları olacaq.
Hiç yorum yok:
Yorum Gönder