Bu Blogda Ara

26 Haziran 2014

26 iyun- Azərbaycan Respublikası Silahlı Qüvvələri günü

Azərbaycan Respublikası Silahlı Qüvvələri günü —96 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yaranıb. Bunun ardınca orduya çağırış haqqında fərman verilib. 
Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi
qeyd edilən rəsmi bayram.
İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il
18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci
ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından
sonra Azərbaycan ordusunun yaradılması barədə
Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix –
9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri
günü elan edilmişdir. Azərbaycan Respublikası
Prezidentinin 22 may 1998 -ci il tarixli Fərmanına əsasən
həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi
Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan
edilmişdir.
Ümumi məlumat:
1918 -ci il iyunun 26-da Azərbaycan Demokratik
Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm
hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı. Bu
qərar Şərqin müsəlman aləmində ilk demokratik
hökümətin öz ordusunu yaratmasına hüquqi əsas verdi.
1920-ci ilin aprelində Azərbaycanın Sovet işğalından
sonra milli ordu ləğv edildi.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra,
1991 -ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali
Soveti milli ordunun yaradılması haqqında qərar qəbul
etdi.
Tarixi:
Geostrateji mövqeyinə görə, böyük dövlətlərin
maraqlarının kəsişdiyi ölkə olan Azərbaycanda
Demokratik Respublikanın yarandığı gündən,
dövlətçiliyin mühüm atributu sayılan nizami ordu
quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1918-
ci il mayın 28-də qəbul edilmiş " İstiqlal
bəyannaməsi "ndə qeyd edilirdi ki, Azərbaycan özünü
xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən
qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik
olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.
Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq
vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi
məqsədlərə ayrıldı. Avqustun 1-də isə Hərb Nazirliyi
təsis olundu. Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy
Sultanov təyin edildi. Daha sonra onu bu postda general
Səməd bəy Mehmandarov əvəzlədi. General-leytenant
Əliağa Şıxlinski isə nazir müavini təyin edilmişdi.
Azərbaycanda ilk hərbi parad 1919 -cu ildə Bakıda indiki
Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib.
Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz
İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları
erməni-bolşevik işğalından azad etdi. Azərbaycan
ordusunun Hüseyn xan Naxçıvanski, İbrahim ağa
Usubov , Həmid Qaytabaşı , Kazım Qacar , Cavad bəy
Şıxlinski , Həbibbəy Səlimov kimi generalları olmuşdu.
Müasir dövr
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra
ölkəmiz hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami
orduya malik olmayan Azərbaycanın qarşısında duran
əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti
nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata
keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə
müşayiət edilirdi. Ancaq tədricən müharibədəki
məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün
imkanları milli ordu quruculuğuna səfərbər edildi.
Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi
addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya
çağırış işi yoluna qoyuldu. 1992-ci il oktyabrın 9-da
Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin
hakimiyyəti zamanında Bakıda keçirilən hərbi parad
orduya olan inam və marağı, eləcə də vətənpərvərlik
ruhunun artırılması üçün atılan addım oldu. Ölkəmizdə
peşəkar ordu quruculuğunun əsası isə 1993 -cü ilin
sonlarında qoyuldu. Məhz həmin vaxtdan ordu
quruculuğuna elmi prinsiplərlə yanaşıldı, silahlı qüvvələr
pərakəndəlikdən xilas oldu, ordudakı siyasiləşməyə son
qoyuldu. Heydər Əliyev hakimiyyəti dövründə həm
prezident, həm də ali baş komandan olaraq, ordunun
qüdrətli olmasına diqqəti yönəltdi.
Prezident Heydər Əliyevin 22 may 1998-ci il
Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun
yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının
Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix
rəsmi dövlət bayramı kimi qeyd edilir.[3]
Bu gün Qafqazda ən müasir ordu hesab olunan
Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava
Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru
qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial
rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv
mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində
Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə
malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə
artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq
olaraq hərbi imkanları da genişlənir.

Hiç yorum yok:

Yorum Gönder

Manşet