Azərbaycanda müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı konsepsiya hazırlanır. APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib. B. Xəlilov bildirib ki, hazırda konsepsiya müvafiq dövlət orqanlarında razılaşdırılma mərhələsindədir.
Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə də danışan B.Xəlilov əlavə edib ki, bu il ölkədə qiymətləndirilmə ilə bağlı qaydalar təsdiq edilib, qüvvəyə minib. Komissiya sədri bu ildən bütün dövlət orqanlarında dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin tətbiq ediləcəyini vurğulayıb.
Azərbaycanda dövlət qulluğuna qəbul zamanı müsahibə mərhələsində yaranan problemlər barədə danışan B. Xəlilovun sözlərinə görə, hər iki mərhələ-həm müsabiqə, həm də müsahibə obyektiv keçirilir: “Test mərhələsində namizəd ancaq kompüterlə təmasda olur. Kompüter vasitəsilə namizədin biliyi qiymətləndirilir. Müsahibə mərhələsi əksər vaxtlarda bir çox suallar doğurur. Buna səbəb kimi bu mərhələdə 3 komissiya üzvü iştirak edir. Subyektivlik ola bilər. Ancaq biz çalışırıq ki, bütün bu subyektivliyi aradan qaldırmaq üçün bir sıra addımlar ataq. Eyni zamanda, müsahibə mərhələsində şəffaflığı təmin etmək üçün prosesin video çəkilişi aparılır. İstənilən şəxs də müsahibə mərhələsini izləyə bilər”.
Hiç yorum yok:
Yorum Gönder