Bu Blogda Ara

26 Haziran 2014

26 iyun- Azərbaycan Respublikası Silahlı Qüvvələri günü

Azərbaycan Respublikası Silahlı Qüvvələri günü —96 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yaranıb. Bunun ardınca orduya çağırış haqqında fərman verilib. 
Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi
qeyd edilən rəsmi bayram.
İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il
18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci
ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından
sonra Azərbaycan ordusunun yaradılması barədə
Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix –
9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri
günü elan edilmişdir. Azərbaycan Respublikası
Prezidentinin 22 may 1998 -ci il tarixli Fərmanına əsasən
həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi
Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan
edilmişdir.

23 Haziran 2014

Müəllim və həkimlərə dövlət qulluqçusu statusu veriləcək

Azərbaycanda müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı konsepsiya hazırlanır. APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib. B. Xəlilov bildirib ki, hazırda konsepsiya müvafiq dövlət orqanlarında razılaşdırılma mərhələsindədir.

Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə də danışan B.Xəlilov əlavə edib ki, bu il ölkədə qiymətləndirilmə ilə bağlı qaydalar təsdiq edilib, qüvvəyə minib. Komissiya sədri bu ildən bütün dövlət orqanlarında dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin tətbiq ediləcəyini vurğulayıb.

22 Haziran 2014

Peyğəmbərə itaət etməyin misalı



Mənbə:  http://zikr.az
     

Cabir ibn Abdullah demişdir: “Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yatmış ikən mələklər onun yanına gəldilər. Onlardan bəzisi: “O yatıb”– dedi, bəzisi isə: “Onun gözləri yatsa da, qəlbi oyaqdır”– dedi. Sonra onlar dedilər: “Bu dostunuz barədə yaxşı bir misal çəkmək olar, gətirin o misalı.” 

Kim ALLAH-ın adlarını sayarsa, Cənnətə girər.


Mənbə:   http://zikr.az


Uca Allahı tanımaq

İman gətirmədən əməl etmək və dəlil-sübutsuz iman gətirmək düzgün sayılmaz. Dəlil-sübutsuz iman gətirənin misalı zülmət qaranlıqda əlində çıraq tutaraq yol gedən və az müddətdən sonra çırağı sönən kimsənin misalına bənzəyir. Allah insana şüur verərək onu bütün məxluqlardan üstün etmişdir.

20 Haziran 2014

Müəllimlərin Sınaq qiymətləndirməsinin nəticələri


10 - 13 iyun 2014 - cü il tarixlərində keçirilmiş Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsinin nəticələri açıqlandı. Nəticələrlə bakuedu.az saytından istifadə etməklə tanış ola bilərsiniz. İş nömrəsi, məktəb kodu və doğum ilini yazmaqla nəticəniz haqqında məlumat əldə edə bilərsiniz. Nəticələrin öyrənilməsi ilə bağlı problem yarandıqda saytda yerləşdirilmiş “Müraciət forması”nı doldurmağınız xahiş olunur. Müraciətlərə 1 (bir) iş günü ərzində cavab veriləcəkdir.
Qeyd:
• Yuxarıdakı məlumatları şəxsi “Buraxılış vərəqi”nizdən əldə edə bilərsiniz.
• Üç dəfədən artıq yalnış məlumat daxil etdiyiniz halda nəticələrə giriş bağlanır.


18 Haziran 2014

SON DƏQİQƏ:"Araz Kursları" (Gülənin Azərbaycandakı məktəbləri) bağlandı.

ARDNŞ-nin həmtəsisçi olduğu “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin (ABTM) bu gün toplantısı keçirilib

Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib.

Toplantıda Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) nəzdində fəaliyyət göstərən “Araz Kursları” MMC, onun təsisçisi olduğu digər qurumların və ümumtəhsil məktəblərinin fəaliyyəti ilə bağlı ABTM-də yaranmış əlavə xərclərin qarşısının alınması və bu layihənin maliyyə və idarəetmə baxımından mürəkkəbliyini nəzərə alaraq qeyd olunan qurumların ləğv edilməsi məqsədəmüvafiq hesab edilib.

15 Haziran 2014

15 iyun Milli Qurtuluş Günüdür

Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.

14 Haziran 2014

Müəllimlər sınaq qiymətləndirilməsı haqqinda son məlumat


4 gün davam edən Sınaq Qiymətləndirilməsi başa çatıb. Bu barədə "NM-MMC" -ə  Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. 30 mərkəzdə təşkil olunan mərkəzlərdə Bakı şəhərində fəaliyyət göstərən 357 dövlət ümumtəhsil müəssisələrində çalışan 29 000-ə qədər müəllim (ümumi kontingentin 95%-dən çoxu) iştirak edib.

Hazırda cavab kartlarının emalı prosesi gedir. Proses tam başa çatdıqdan sonra müəllimlər öz nəticələrini BŞTİ-nin saytında yaradılacaq xüsusi bölmədə öyrənə biləcəklər.

Sınaq Qiymətləndirmədə istifadə edilmiş suallar və düzgün cavabların da idarənin saytında və Facebook səhifəsində yerləşdirilməsi nəzərdə tutulub..

13 Haziran 2014

Şok video!!! Sığorta işçiləri ədaləti bərpa edir!!! Axıracan izlə!!!

Bu günlerde Azerbaycan'da sosyal ağlarda, özellikle Facebook ve Twitter'da "avtoxuliqanlıq ve Sigorta" konusunda çekilmiş video vites yayılıp.

Video viteste, hanım sürücünün yönettiği araçla çarpıştı kaza törədmiş avtoxuliqanın mübahisəsi ve sigorta şirketlerinden birinin aqentləri tarafından dövülmesi görüntülenir.

Edindiğimiz bilgiye göre Azsığorta şirketinin, video çarkında çekilmiş insanlar, aktyorlardı ve çekim sırasında hiç kimse yaralanmaları almadı ve hiç kimse döyülməyib.

Video çarkın yazarları, Azerbaycan toplumunda, son dönemde çok tartışılan bir konuya, yani Avtoxuliqanların yollarda yaptıkları Avtoqəzalar konusuna toxunublar.

Genel olarak neredeyse video vites reklam karakterlidir. 



    

12 Haziran 2014

Gələn tədris ilində dərslər sentyabrın 15-də başlayacaq.

Dərs ilinin bitmə tarixi hələ müəyyənləşdirilməyib
“Gələn tədris ilində dərslər sentyabrın 15-də başlayacaq”.Bunu təhsil naziri Mikayıl Cabbarov bildirib. O qeyd edib ki, dərslərin başlanma tarixi məlum olsa da, onun bitmə tarixi hələ müəyyənləşdirilməyib. “Tədris ilinin müddətinin bitməsi ilə bağlı bır neçə variant var. Hələlik bu layihələr üzərində iş aparılır”.  



          

10 Haziran 2014

Müəllimlər sınağa çəkilır

Müəllimlərin imtahanı başladı

Bu gündən Bakının orta məktəb müəllimlərinin sınaq qiymətləndirilməsinə başlanılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, sınaq qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir.

9 Haziran 2014

NASA kosmosun 9 ilə çəkilmiş şəklini göstərib

NASA kosmosun 2003-2012-ci illərdə çəkilmiş şəklini paylaşıb.

BiG.Az Axar.az-a istinadla məlumat verir ki, şəklə 10 mindən çox qalaktika həkk olunub. Bu qalaktikaların hər birində 100 milyardlarla ulduz yerləşir. 

Obyektlərin uzaqlığına və sönməsinə baxmayaraq, onlardan Yerə hələ də işıq gəlməyə davam edir.  



       

         


7 Haziran 2014

Hansı mərtəbədə yaşamaq sağlamlıq üçün problem yarada bilər?

Hazırda çoxmərtəbəli binalarda mənzil almaq çox dəbdədir

İmkanından asılı olmayaraq əksər insanlar belə mənzil sahibi olmaq arzusundadırlar. Mənzili əldə etmək imkanında olanlar isə yeni tikilmiş “göydələn”in yuxarı mərtəbələrində ev almağa can atırlar. Bunu belə əsaslandırırlar ki, binanın yuxarı qatından şəhərin ümumi mənzərəsi və xüsusilə də dəniz daha yaxşı görünür. Amma nədənsə bu seçimi edənlər sadəcə öz sağlamlıqları haqqında düşünmürlər.

1 Haziran 2014

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.

Manşet