DYP-nin hazırladığı sosial çarxda sükan arxasında olarkən mobil telefondan istifadə zamanı baş verə biləcək faciələr göstərilir.
Baş Dövlət Yol Polisi İdarəsi bu sosial çarx vasitəsilə sürücülərə çağırış edir: "Sükan arxasında telefon açmaqla doğmalarınızın üzünə qapını bağlamayın".
Təsirli vidoçarxda ana övladını bağçaya qoyub işə gedir. Avtomobili idarə edən xanım sürücü mobil telefonla danışır, bunu görən DYP əməkdaşları ona xəbərdarlıq edirlər. Lakin xanım buna məhəl qoymayır, və yenə də danışmağa davam edir. Qadın sürücü telefonla danışan zaman işıqforun qırmızı işığına baxmadan hərəkət etdiyi üçün yük maşını ilə toqquşur və faciə baş verir. Bütün uşaqlar bağçadan evə gedir, amma həmin uşağın anası gəlib çıxmır və buna görə də, o, bağçada qalır.
Hiç yorum yok:
Yorum Gönder