Bu Blogda Ara

10 Ocak 2014

2022-ci ildə dünya çempionatı yayda keçirilməyəcək


2022-ci ildə futbol üzrə dünya çempionatı Qətərdə keçiriləcək.  FİFA-nın baş katibi Jer Valke bildirib ki, oyunlar ənənəvi olaraq, yayda keçirilməyəcək.

Buna səbəb kimi yayda Qətərdə havasının 40 dərəcədən artıq isti olması göstərilib.

Yekun qərar 2014-cü ildə futbol üzrə  Braziliyada keçiriləcək dünya birinciliyindən sonra elan olunacaq.

Fransa televiziyasına müsahibəsində baş katib deyib: «Qətərdə dünya çempionatı iyun-iyulda keçirilməyəcək. Fikrimcə, oyunlar noyabrın 15 ilə yanvarın 15 arasında keçirilə bilər. Bu dövrdə ideal hava şəraiti olur».

Ötən ilin oktyabrında FİFA-nın İcraiyyə Komitəsi məsələnin həlli ilə bağlı özəl komissiya yaratmışdı.

Hiç yorum yok:

Yorum Gönder

Manşet