Ispaniya Kral kubokunda 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. “Rayo Valekano” – “Levante”, eləcə də “Real Sosyedad” - “Vilyarreal” görüşləri qolsuz bərabərliklə sona çatıb. Madrid “Real”ı isə “Osasuna”nı məğlubiyyətə uğradıb.
İspaniya La Liqasında məhsuldar oyun nümayiş etdirən “Real Sosyedad” və “Vilyarreal”ın duelində qalib müəyyənləşməyib. Əsasən, uduzmamaq haqda düşünən komandalar intizamlı və ehtiyatlı futbol oynayıblar. Hər halda, 90 dəqiqə ərzində qonaqlar rəqib qapısı qarşısında daha çox təhlükəli vəziyyət qaradıblar. Amma yekunda görüş qolsuz bərabərliklə sona çatıb.
Madrid “Real”ı ilk oyunda sərfəli nəticə qazanıb. Karlo Ançelottinin komandası “Osasuna”nın qapısından iki cavabsız top keçirib. Hakimin start fitindən dərhal sonra təşəbbüsü ələ alan “Kral klubu” 19-cu dəqiqədə hesabı açıb. Kərim Benzema Luka Modriçin ötürməsini qolla tamamlayıb. İlk hissənin sonuna qədər hesab dəyişməyib.
Fasiləyə zamanı Karlo Ançelotti komandasını oyuna daha yaxşı kökləyə bilib. Sürətli hücumlar təşkil edən “Real” futbolçuları rəqibi qapısına doğru sıxışdırıblar. Belədə ikinci qolu da çox gözləmək lazım olmayıb. 60-cı dəqiqədə Xese Rodriges “Santyaqo Bernabeu”da ilk qolunu vurub. Gənc hücumçu Ronaldonun ötürməsindən sonra fərqlənib. Bundan sonra bir qədər sakitləşən madridlilər oyunun tempini aşağı salıblar. Nəticədə görüş meydan sahiblərinin 2:0 hesabıyla baş çatıb.
Hiç yorum yok:
Yorum Gönder