Bu Blogda Ara

14 Ocak 2014


“Avropa Oyunlarına hazırlıq işləri faktiki olaraq, ötən ilin əvvəllərindən başlanılıb. Bir ilə yaxındır ki, işlər gedir, əməliyyat şirkəti fəaliyyət göstərir. Demək olar ki, ötən ilin sonlarından işlər daha fəal mərhələyə qədəm qoyub”. bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

O bildirib ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq üçün bu il əsas dövr olacaq: “2014-cü il ərzində bütün tikintilər başa çatmalı, avadanlıqlar alınmalı, idmançılar üçün şəhərcik hazır olmalıdır, nəqliyyat və digər məsələlər həllini tapmalıdır. Avropa Oyunları ilə bağlı işlərə çoxlu gənc cəlb olunub. Düşünürük ki, qısa müddətdə hazırlıq prosesində böyük sayda könüllülər də çalışacaqlar. Məşqlər, təlimlər, treninqlər, sözsüz ki, Azərbaycanın gəncləri, onların gələcəyi üçün çox böyük kömək olacaq”.

Hiç yorum yok:

Yorum Gönder

Manşet