Bu Blogda Ara

18 Ocak 2014

Güləşçilərimiz təlim-məşq toplanışını davam etdirir

2014-cü ilin təqvim planına əsasən qarşıdan gələn yarışlara hazırlıq məqsədilə güləş üzrə ölkə yığma komandaları təlim-məşq toplanışlarını davam etdirir. Yunan-roma güləşi üzrə ölkə yığma komandasının üzvləri baş məşqçi Cəmşid Xeyrabadinin rəhbərlik etdiyi məşqçilər korpusunun nəzarətində qarşıdan gələn yarışlara hazırlığı Olimpiya Güləş Mərkəzində davam etdirir.
Yunan-roma güləşçilərimiz 23-24 yanvar 2014-cü il tarixdə Tehranda Yadigar İmam Kuboku uğrunda beynəlxalq turnirdə və 1-2 fevral 2014-cü il tarixdə İstanbulda keçiriləcək Vehbi Emrenin xatirə turnirində qüvvələrini sınayacaq.
Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komanda isə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçdiyi təlim-məşq toplanışından sonra bu dəfə Tbilisiyə yollanacaq. Baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında 30-a yaxın idmançının iştirakı ilə keçiriləcək təlim-məşq toplanışı yanvarın 18-dən fevralın 4-dək davam edəcək. Təlim-məşq toplanışı yekunlaşdıqdan sonra komanda üzvlərinin 15-16 fevral 2014-cü il tarixdə İstanbulda Yaşar Doğunun xatirəsinə beynəlxalq turnirdə iştirakı planlaşdırılır.

Hiç yorum yok:

Yorum Gönder

Manşet