Bu Blogda Ara

26 Temmuz 2014

Şamaxı Rəsədxanasından Ramazan bayramı ilə bağlı açıqlama

"İyulun 27-si Ramazan ayının sonuncu günüdür. Sabah oruc tutulacaq. Ayın təzələnməsi sabahdır, yəni iyulun 27-də. Ayın 28-də isə bayram olmalıdır. Bayram namazı da həmin gün qılınmalıdır".

BIG.az bildirir ki,bunu virtualaz.org saytına açıqlamasında Şamaxı Rəsədxanasının aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri üzrə namizəd Nazim Hüseynov dedi. 

N.Hüseynov ayın təzələnməsinin və bayram gününün müəyyən edilməsinin çox asan olduğunu söylədi: "Ayın təzələnməsini geniş şəkildə araşdırmaq, hesablamaq lazım deyil. Kompüterləşdirilmiş sistemdir, proqram qurulub, bir düymə ilə ayın təzələnməsi hesablanır".

GÜNDƏLİK RAMAZAN TƏQVİMİ və DUASI

27.07.2014;Bakı
Imsak: 05:08;
Gun çıxır: 06:32;
Iftar: 21:17;
Günün duasi: "İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!" 

 26.07.2014;Bakı
Imsak: 05:07;
Gun cixir: 06:31;
Iftar: 21:18;
Gunun duasi: Ilahi, bu ayda mene nafile namazlardan cox qilmasi hezzini qismet et, qiyamet gunu suallarina hazir olmaq ucun mene lutf goster, senin rizana sebeb olacaq vesileler arasinda menim sene yetishmek ucun vesilemi bu ayda yaxin et!

25.07.2014;Bakı
Imsak: 05:06;
Gun cixir: 06:30;
Iftar: 21:19;
Gunun duasi: Ilahi, bu ayda mene Qedr gecesinin feziletini ruzi ver, ishlerimi cetinlikden asanliga apar, uzrlerimi qebul et, gunahlari ve gunah yukunu ustumden gotur, ey Oz saleh bendelerine mehriban olan!


17 Temmuz 2014

Müəllimlərin işə qəbulu.

15 gün ərzində ölkənin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 2975 vakant yerə 17962 nəfər ərizə verib.
Müraciət edənlər arasında ibtidai sinif (4996), ingilis dili (2578), Azərbaycan dili və ədəbiyyat (2190), riyaziyyat (1477), tarix (1156) və informatika (1113) müəllimi ixtisaslarını seçənlərin sayı daha çox olub. İlkin təhlil göstərir ki, Bakı şəhərində olan vakant yerlər digərlərinə nisbətən çox seçilib. Belə ki, Bakı şəhərinin bəzi məktəbləri üzrə bir ingilis dili müəllimi yerinə 1200-dən, bir ibtidai sinif müəllimi yerinə 800-dən artıq ərizə qeydə alınıb.
 Ərizələrin təsdiqlənməsi prosesi 17 iyul 2014-cü il tarixində başa çatdıqdan sonra 18 iyul 2014-cü il tarixində imtahan qrupları formalaşdırılacaq.
 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun 2-ci mərhələsi - test imtahanları iyul ayının 21-də başlanacaq və bir həftə davam edəcəkdir. Test imtahanının keçirilmə vaxtı və yeri barədə məlumat hər bir müsabiqə iştirakçısının şəxsi səhifəsinə göndəriləcəkdir.
Test imtahanları Azərbaycan Dövlət İqtisad Universitetinin əsas və 2-ci korpusunda keçiriləcəkdir. İmtahanın gedişinə video-nəzarət ediləcəkdir.
Test imtahanının nəticəsinə görə seçdiyi vakant yerə işə qəbul olunmaq hüququnu qazananlar üçün 30 iyul 2014-cü il tarixindən müsahibələr təşkil olunacaq və onların şəxsi səhifəsinə bu barədə məlumat göndəriləcəkdir. Müsahibə proqramı Təhsil Nazirliyinin rəsmi internet saytının “Müəllimlərin işə qəbulu” səhifəsində yerləşdiriləcəkdir. 

11 Temmuz 2014

Azərbaycan himninin yeni versiyası – VİDEO

Dövlət himni bəstəkar Rauf Əliyev tərəfindən yenidən aranjiman olunub.

Xəbər verdiyimiz kimi Azərbaycanın dövlət himni bəstəkar Rauf Əliyev tərəfindən yenidən aranjiman olunub.

BiG.Az-ın məlumatına görə bəstəkar AzNews.az-a açıqlamasında bildirib ki, himn yeni variantda Azərbaycan Dövlət Xor Kapellası və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə yazılıb.

Ancaq araşdırma zamanı bu barədə yanlış informasiyanın verildiyi üzə çıxıb.

Türkiyə mətbuatının yaydığı videoçarxdan məlum olur ki, himnin yeni versiyasını Azərbaycan Dövlət Xor Kapellası və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri deyil, London Simfonik orkestri ifa edib.

Həmin görüntünü təqdim edirik:



4 Temmuz 2014

Erməni öz əlimizlə özümüzü qana bulaşdırır (VİDEO)

Bu gün Bakı metrosunun "28 May" və "Gənclik" stansiyaları arasında qatarda törədilən terror hadisəsində 20 il ötür.
 Anspress.com saytına istinadən bildirirki, partlayış pik vaxtda, səhər saat 8.30-da “28 May” stansiyasından “Gənclik” stansiyasına döğru hərəkət edən qatarın ikinci vaqonunda baş verir. Terror aktı nəticəsində 13 nəfər həlak olur, 58 nəfər yaralanır. Partlayış qatar tuneldə olarkən baş verdiyindən meyidlərin və yaralıların çıxarılması xeyli vaxt aparır.

ANS-in arxivində 20 il əvvəlki kadrlar hələ də durur. Hadisə yerinə metropoliten əməkdaşları ilə birlikdə, həm də jurnalistlər cəlb olunur. Mənzərə isə çox dəhşətlidir. Tratilin gücündən partlayış baş verən vaqon tunelin tavanına yapışıb. Meyidlər tanınmaz vəziyyətdədir.

2 Temmuz 2014

Bu il Ramazanda 21 saat 51 dəqiqə oruc tutanlar da olacaq

Bu il Ramazan ayı ilin ən uzun günlərinin olduğu iyun və iyul aylarına düşür. Bu səbəbdən də oruc tutacaq müsəlmanlar bir ay ərzində ən uzun oruclu günlərini keçirəcəklər.

QMİ-nin təqviminə görə, Azərbaycanda ən uzun oruclu gün Ramazanın ilk günündə olacaq və 16 saat 49 dəqiqə davam edəcək. Ən qısa oruclu gün isə sonuncu gün olacaq və 16 saat 5 dəqiqə çəkəcək.

Ramazan ayı 30 gün olacaq. Şəvval ayı hilalının görünməsindən asılı olaraq Eyd-ül-Fitr, yəni Ramazan bayramı namazı iyul ayının 28 və ya 29-da qılınacaq. QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Əhya gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə, yəni iyulun 16-dan 17-nə, 18-dən 19-na və 20-dən 21-nə keçən gecələrə təsadüf edir.

1 Temmuz 2014

Ramazan Orucu

Mənbə: http://zikr.az

Ramazan ayının orucu Quran ayələrinin və Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - hədislərinin açıq-aydın mətnlərinə əsasən fərzdir (vacibdir). Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz” (əl-Bəqərə surəsi, 183). Həmçinin buyurur: “İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar” (əl-Bəqərə, 185).
Peyğəmbər buyurmuşdur: “İslam beş əsas üzərində qurulub: “Allahdan başqa haqq ilahın olmadığına və Muhəmmədin Allahın Elçisi olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Evi (Kəbəni) həcc etmək və Ramazan orucunu tutmaq” (əl-Buxari, 8).

Manşet