Bu Blogda Ara

4 Temmuz 2014

Erməni öz əlimizlə özümüzü qana bulaşdırır (VİDEO)

Bu gün Bakı metrosunun "28 May" və "Gənclik" stansiyaları arasında qatarda törədilən terror hadisəsində 20 il ötür.
 Anspress.com saytına istinadən bildirirki, partlayış pik vaxtda, səhər saat 8.30-da “28 May” stansiyasından “Gənclik” stansiyasına döğru hərəkət edən qatarın ikinci vaqonunda baş verir. Terror aktı nəticəsində 13 nəfər həlak olur, 58 nəfər yaralanır. Partlayış qatar tuneldə olarkən baş verdiyindən meyidlərin və yaralıların çıxarılması xeyli vaxt aparır.

ANS-in arxivində 20 il əvvəlki kadrlar hələ də durur. Hadisə yerinə metropoliten əməkdaşları ilə birlikdə, həm də jurnalistlər cəlb olunur. Mənzərə isə çox dəhşətlidir. Tratilin gücündən partlayış baş verən vaqon tunelin tavanına yapışıb. Meyidlər tanınmaz vəziyyətdədir.
Terrorda erməni əli dərhal hiss edilir. Çünki cəmi üç ay əvvəl metronun “20 Yanvar” stansiyasında da 14 nəfərin ölümü, 49 nəfərin yaralanması ilə nəticələnən daha bir terror aktı həyata keçirilmiş və onun altından da erməni əli çıxmışdı. Terror aktını törətməkdə şübhəli bilinən Azər Aslanov Milil Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinin birgə əməliyyatı nəticəsində Moskvada saxlanılır və o, həqiqətən də göstərişi erməni yazıçı Zori Balayandan aldığını etiraf edir. 1998-ci ildə keçirilən məhkəmədə o, bildirir ki, erməni əsirliyində olarkən Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilib və azad olunması müqabilində Bakı metropotenində partlayış təşkil etməsi ona təklif olunub.

Bu məqsədlə həmin ilin iyunun 16-da Azər Aslanovun anası Tədjibat Aslanova Yerevana dəvət olunub və onu burda girov saxlayırlar. Azərə isə metronu partladacağı təqdirdə anasını girovluqdan azad edəcəklərini deyirlər. Beləcə, doğma anası Tədjibat və anası Azərbaycan arasında seçim edərkən Azər birinciyə üstünlük verir. Və onun bu əməli nəticəsində neçə-neçə ana öz övladını, neçə-neçə övlad öz anasını-atasını itirir. Və ən pisi, erməni öz əlimizlə özümüzü qana bulaşdırır. Azər Aslanov əmlakı müsadirə olunmaqla ömürlük həbs olunur. Ona bu tapşırığı verən Zori Balayana qarşı cinayət işi açılsa və o, beynəlxalq axtarışa verilsə də sonradan erməni tərəfinin müraciəti əsasında onun adı İnterpolun axtarışda olan şəxslərin siyahısından çıxarılır. Ermənilərin Azərbaycanda törətdyi terror aktları isə inanmıram ki, haçansa, kiminsə yadından çıxsın. 1988-ci ildən bəri Azərbaycanda izləri erməni separatçılarına gedib çıxan 300-dən artıq terror aktı qeydə alınıb.

Bunların arasında 1989-cu ilin sentyabrında Tiflis-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunun, 1991-ci ilin mayında Moskva-Bakı sərnişin qatarının, həmin ilin noyabrında içərisində görkəmli dövlət xadimlərinin də olduğu “Mi 8” helikopterinin, 92-ci ilin iyununda Bakı dəmiryol vağzalında sərnişin qatarının partladılmasını xatırlatmaq yetə


Hiç yorum yok:

Yorum Gönder

Manşet