Bu il Ramazan ayı ilin ən uzun günlərinin olduğu iyun və iyul aylarına düşür. Bu səbəbdən də oruc tutacaq müsəlmanlar bir ay ərzində ən uzun oruclu günlərini keçirəcəklər.
QMİ-nin təqviminə görə, Azərbaycanda ən uzun oruclu gün Ramazanın ilk günündə olacaq və 16 saat 49 dəqiqə davam edəcək. Ən qısa oruclu gün isə sonuncu gün olacaq və 16 saat 5 dəqiqə çəkəcək.
Ramazan ayı 30 gün olacaq. Şəvval ayı hilalının görünməsindən asılı olaraq Eyd-ül-Fitr, yəni Ramazan bayramı namazı iyul ayının 28 və ya 29-da qılınacaq. QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Əhya gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə, yəni iyulun 16-dan 17-nə, 18-dən 19-na və 20-dən 21-nə keçən gecələrə təsadüf edir.
Dünyanın müxtəlif ölkələrində isə müsəlmanların oruc tutacaqları günlərin saatları fərqlidir. Müsəlmanlar yaşadıqları ölkələrə görə bir-birindən olduqca fərqli müddətlərdə oruc tutacaqlar. Skandinaviya ölkələrində yaşayan müsəlmanlar ən uzun, ekvator ölkələrində yaşayanlar isə ən qısamüddətli orucu tutacaqlar.
Ekvator ətrafındakı ölkələrə daxil olan Keniya, İndoneziya və Braziliya kimi ölkələrdə ən qısa oruc tutulacaq. Keniyanın Nayrobi şəhərində 13 saat 29 dəqiqə, İndoneziyanın Pekanbaru şəhərində 13 saat 36 dəqiqə, Braziliyanın Macapa şəhərində isə 13 saat 34 dəqiqə oruc tutulacaq.
Ən uzun oruc tutulacaq ölkələrdə isə müsəlmanlar günün 22 saata yaxınını oruclu keçirəcək.
Sahur və iftar arasında 21 saat 51 dəqiqəlik fərqi olan Norveçin Tromso şəhəri ən uzun oruc tutulacaq yerdir. İslandiyanın paytaxtı Reykyavik şəhərində yaşayanlar da 21 saat 50 dəqiqə oruc tutacaq. Bu ölkələrdə yaşayan müsəlmanların iftar açıldıqdan sonra cəmi 2 saat 9 dəqiqə kimi çox qısa bir vaxta orucsuz qalmaq imkanları olacaq

Hiç yorum yok:
Yorum Gönder