Bu Blogda Ara
26 Ocak 2014
20 Ocak 2014
19 Ocak 2014
18 Ocak 2014
Güləşçilərimiz təlim-məşq toplanışını davam etdirir
2014-cü ilin təqvim planına əsasən qarşıdan gələn yarışlara hazırlıq məqsədilə güləş üzrə ölkə yığma komandaları təlim-məşq toplanışlarını davam etdirir. Yunan-roma güləşi üzrə ölkə yığma komandasının üzvləri baş məşqçi Cəmşid Xeyrabadinin rəhbərlik etdiyi məşqçilər korpusunun nəzarətində qarşıdan gələn yarışlara hazırlığı Olimpiya Güləş Mərkəzində davam etdirir.
Yunan-roma güləşçilərimiz 23-24 yanvar 2014-cü il tarixdə Tehranda Yadigar İmam Kuboku uğrunda beynəlxalq turnirdə və 1-2 fevral 2014-cü il tarixdə İstanbulda keçiriləcək Vehbi Emrenin xatirə turnirində qüvvələrini sınayacaq.
Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komanda isə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçdiyi təlim-məşq toplanışından sonra bu dəfə Tbilisiyə yollanacaq. Baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında 30-a yaxın idmançının iştirakı ilə keçiriləcək təlim-məşq toplanışı yanvarın 18-dən fevralın 4-dək davam edəcək. Təlim-məşq toplanışı yekunlaşdıqdan sonra komanda üzvlərinin 15-16 fevral 2014-cü il tarixdə İstanbulda Yaşar Doğunun xatirəsinə beynəlxalq turnirdə iştirakı planlaşdırılır.
14 Ocak 2014
“Avropa Oyunlarına hazırlıq işləri faktiki olaraq, ötən ilin əvvəllərindən başlanılıb. Bir ilə yaxındır ki, işlər gedir, əməliyyat şirkəti fəaliyyət göstərir. Demək olar ki, ötən ilin sonlarından işlər daha fəal mərhələyə qədəm qoyub”. bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.
O bildirib ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq üçün bu il əsas dövr olacaq: “2014-cü il ərzində bütün tikintilər başa çatmalı, avadanlıqlar alınmalı, idmançılar üçün şəhərcik hazır olmalıdır, nəqliyyat və digər məsələlər həllini tapmalıdır. Avropa Oyunları ilə bağlı işlərə çoxlu gənc cəlb olunub. Düşünürük ki, qısa müddətdə hazırlıq prosesində böyük sayda könüllülər də çalışacaqlar. Məşqlər, təlimlər, treninqlər, sözsüz ki, Azərbaycanın gəncləri, onların gələcəyi üçün çox böyük kömək olacaq”.
13 Ocak 2014
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən boks üzrə gənclər arasında Azərbaycan birinciliyində finalçıların adları məlum olub. Favoritlərdən gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı Məsud Yusifzadə (52 kq), yeniyetmələr arasında qitə birinciliyinin gümüş medalçısı Tayfur Əliyev (56 kq), gənclər arasında Avropa çempionu Sadiq Quliyev (64 kq), yeniyetmələr arasında dünya birinciliyinin 2-cisi İsmayıl Hüseynov (64 kq), yeniyetmələr arasında Avropa çempionatının gümüş, dünya çempionatının bürünc mükafatçısı Hüseyn Tarverdili (69 kq), yeniyetmələr arasında dünya birinciliyinin bürünc medalçısı Şükran Mehdiyev (80 kq) finala vəsiqəni təmin ediblər.
69 kq çəki dərəcəsində mübarizə aparan dünya birinciliyinin gümüş mükafatçısı Rövşən Musayevin yarımfinalda Roman Zakirova uduzması gözlənilməz olub.
Bu gün finalda üz-üzə gələcək boksçular:
49 kq: Elşən Abbasov (Rabitə) – Fərid Əliyev (Sədərək)
52 kq: İbrahim İmanov (Neftçi) – Məsud Yusifzadə (Rabitə)
56 kq: Tayfur Əliyev (Naxçıvan) – Xəyyam Məmmədov (Neftçi)
60 kq: Orxan Əliyev (Gilan) – Zöhrab Əzimov (DİN İC)
64 kq: Cavid Quliyev (Gilan) - İsmayıl Hüseynov (Cəlilabad)
69 kq: Roman Zakirov (Rabitə) – Hüseyn Tarverdili (Təhsil)
75 kq: Şamil Əliyev (Rabitə) – Nicat Sadıqov (Baku Fires)
81 kq: Araz Sultanzadə (Rabitə) – İbrahim Quliyev (Baku Fires)
91 kq: Şükran Mehdiyev (Baku Fires) – Nicat Muradlı (Qəbələ İK)
+91 kq: Teymur Vəliyev (Neftçi) – Fuad Tağıyev (Gilan)
12 Ocak 2014
Kuba boksçuları Qubada
Azərbaycanın “Baku Fires” boks komandası Ümumdünya Boks Seriyası (SB) Liqasında bu mövsümdə ikinci ev görüşünü keçirib. Quba Olimpiya Kompleksində keçirilən qarşılaşmada komandamız Kubanın "Cuba Domaderos" komandasına 3-2 hesabı ilə məğlub olub. Gərgin mübarizə şəraitində keçən yarışda 49 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Xamza Nametov Yosbani Veitaya, 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmməd Qurbanov isə Robeysi Ramirezə məğlub olub. Bundan sonra komandamız ardıcıl iki qarşılaşmada qalib gələrək ümumi hesabı bərabərləşdirməyə nail olub. Əvvəlcə 64 kiloqramda döyüşən boksçumuz Heybətulla Hacəliyev rəqibi Yasiner Toledoya heç bir şans verməyərək inamlı qələbə qazanıb. Onun ardınca 75 kiloqramda “Baku Fires”i təmsil edən Xaybulla Musalov Ramon Luisə qalib gəlib. Lakin həlledici döyüşdə təmsilçimiz Denis Latipov Erislandi Savonla mübarizədən məğlub ayrılıb ki, bu da kubalıların qarşılaşmada qələbəsini təmin edib. Bununla da keçirdiyi bütün matçların hamısında qalib gələn “Cuba Domaderos” komandası “A” qrupunun vahid lideridir. “Baku Fires” boks komandası yanvarın 18-də Quba Olimpiya Kompleksində növbəti yarışa çıxacaq. Bu qarşılaşmada komandamızın rəqibi Qazaxıstan boksçuları olacaq.
Azərbaycan yığması bu gün son matçına çıxır.
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 26-cı beynəlxalq turnirdə 1996-97-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığması bu gün son matçına çıxır.Yığmamız bu gün Belarusla qarşılaşır.
Qeyd edək ki, bu cütün qalibi turniri 13-cü yerdə başa vuracaq.
Xatırladaq ki, yığmamız qrup mərhələsi çərçivəsindəki ilk oyununda Yunanıstanla sülh bağlasa da (1:1), ardından Çexiya (0:2) və Yaponiyaya (1:4) məğlub olmuşdu. Pley-off mərhələsindəki ilk oyununda isə komandamız Latviyaya qalib gəlmişdi - 1:1 (penaltilərlə - 3:0).
Valentin Qranatkinin xatirə turniri
11 yanvar
Azərbaycan - Belarus - 1:1 (penaltilərlə - 4:2)
11 Ocak 2014
Azərbaycan gənclər və idman nazirliyi sərəncam dərc edib.
Azərbaycan gənclər və idman nazirliyi sərəncam dərc edib. Sərəncama əsasən yanvar ayında keçiriləcək bütün şahmat yarışları bir dəqiqəlik sükutla başlayacaq. Sərancam, uzun sürən ağır xəstəlikdən sonra bu gün dünyasını dəyişmiş gənc qrossmeysterimiz Vüqar Həşimovun xatirəsini yad etmək məqsədi daşıyır.
Cari mövsüm üçün Futbol oyun qaydaları Azərbaycan dilində
Xatırladaq ki, FİFA-nın Futbol oyun qaydaları ilk dəfə 2011-ci ildə Azərbaycan dilinə tərcümə edilmiş və AFFA tərəfindən nəşr olunaraq, hakimlərə, hakim-inspektorlara, Topaz Premyer Liqası və I divizion klublarına verilmişdi.
10 Ocak 2014
İspaniya kubokunda 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub
Ispaniya Kral kubokunda 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. “Rayo Valekano” – “Levante”, eləcə də “Real Sosyedad” - “Vilyarreal” görüşləri qolsuz bərabərliklə sona çatıb. Madrid “Real”ı isə “Osasuna”nı məğlubiyyətə uğradıb.
İspaniya La Liqasında məhsuldar oyun nümayiş etdirən “Real Sosyedad” və “Vilyarreal”ın duelində qalib müəyyənləşməyib. Əsasən, uduzmamaq haqda düşünən komandalar intizamlı və ehtiyatlı futbol oynayıblar. Hər halda, 90 dəqiqə ərzində qonaqlar rəqib qapısı qarşısında daha çox təhlükəli vəziyyət qaradıblar. Amma yekunda görüş qolsuz bərabərliklə sona çatıb.
Madrid “Real”ı ilk oyunda sərfəli nəticə qazanıb. Karlo Ançelottinin komandası “Osasuna”nın qapısından iki cavabsız top keçirib. Hakimin start fitindən dərhal sonra təşəbbüsü ələ alan “Kral klubu” 19-cu dəqiqədə hesabı açıb. Kərim Benzema Luka Modriçin ötürməsini qolla tamamlayıb. İlk hissənin sonuna qədər hesab dəyişməyib.
Fasiləyə zamanı Karlo Ançelotti komandasını oyuna daha yaxşı kökləyə bilib. Sürətli hücumlar təşkil edən “Real” futbolçuları rəqibi qapısına doğru sıxışdırıblar. Belədə ikinci qolu da çox gözləmək lazım olmayıb. 60-cı dəqiqədə Xese Rodriges “Santyaqo Bernabeu”da ilk qolunu vurub. Gənc hücumçu Ronaldonun ötürməsindən sonra fərqlənib. Bundan sonra bir qədər sakitləşən madridlilər oyunun tempini aşağı salıblar. Nəticədə görüş meydan sahiblərinin 2:0 hesabıyla baş çatıb.
2022-ci ildə dünya çempionatı yayda keçirilməyəcək
2022-ci ildə futbol üzrə dünya çempionatı Qətərdə keçiriləcək. FİFA-nın baş katibi Jer Valke bildirib ki, oyunlar ənənəvi olaraq, yayda keçirilməyəcək.
Buna səbəb kimi yayda Qətərdə havasının 40 dərəcədən artıq isti olması göstərilib.
Yekun qərar 2014-cü ildə futbol üzrə Braziliyada keçiriləcək dünya birinciliyindən sonra elan olunacaq.
Fransa televiziyasına müsahibəsində baş katib deyib: «Qətərdə dünya çempionatı iyun-iyulda keçirilməyəcək. Fikrimcə, oyunlar noyabrın 15 ilə yanvarın 15 arasında keçirilə bilər. Bu dövrdə ideal hava şəraiti olur».
Ötən ilin oktyabrında FİFA-nın İcraiyyə Komitəsi məsələnin həlli ilə bağlı özəl komissiya yaratmışdı.
Bu il yanvarın 1-dən Beynəlxalq Cudo Federasiyası (IJF) tərəfindən təshih edilmiş yeni qaydalar qüvvəyə minib.
Keçən mövsümdə IJF eksperimentlərə geniş yer versə də, olimpiya təsnifatı yaxınlaşdıqca o, vəziyyəti tam nizamlamağı qərara alıb. Azərbaycan cüdoçuları da yeni qaydaların tətbiqinə hazır olmalıdırlar.
İlk mühüm dəyişiklik hakimliklə əlaqədardır. Keçən il tatami üzərində döyüşlərə eksperiment kimi bir hakim nəzarət edirdisə, indi bu qayda təsdiq edilib. Baş arbitr videonəzarət sistemi ilə təchiz edilmiş masanın arxasında əyləşən iki hakimlə radiorabitə vasitəsilə əlaqə saxlayacaq.
Hakimin qərarına müdaxilə və ya bu qərarın dəyişdirilməsi IJF komissiyası tərəfindən yalnız müstəsna hallarda (səhvi aradan qaldırmaq zərurəti olduqda) həyata keçirilir. Qərəzsiz və neytral hakimliyi təmin etmək üçün hakimlərin rotasiyası sistemindən istifadə olunur. Məşqçilər apelyasiya şikayəti verə bilməzlər, lakin tatami üzərində hakimin qərarının dəyişdirilməsi üzrə komissiyanın əsaslarını dinləmək üçün onların IJF məhkəmə komissiyasına müraciət etməsinə icazə verilir.
Cüdoçuların texniki fəaliyyətinin qiymətləndirilməsini də qeyd etmək maraqlıdır. İppona (xalis qələbə) böyük dəyər vermək üçün yalnız real surətdə arxası üstdə tatamiyə yıxma priyomları hesaba alınır. Fənd nəticəsində hücuma məruz qalan tam arxası üstdə yerə sərildikdə qiymət verilir. Məğlubiyyət zamanı tam arxası üstdə yerə yıxılmadan çevrilmə olursa, "ippon" qiyməti verilmir. Bu bənd çox mühümdür və bütün təsnifat dövrü boyunca dəyişməz qalacaq.
Yerə düşərkən "körpü" vəziyyətinin alınması ilə əlaqədar bütün hallar "ippon" kimi təsnifləşdirilməlidir. Bu qərar idmançıların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul olunur ki, onlar boyun fəqərələrini təhlükəyə məruz qoyaraq məğlubiyyətdən yaxa qurtarmağa çalışmasınlar.
Cəza sistemi – "şido" da təshih edilib. Döyüş zamanı iştirakçıya üç dəfə xəbərdarlıq edilə bilər, dördüncü "şido"nun elan edilməsi diskvalifikasiyaya gətirib çıxarır. Özü də cəza qiymətləndirmədə rəqibə üstünlüklər vermir. Döyüşün sonunda hesab bərabərdirsə, az xəbərdarlıq alan idmançı qalib hesab olunur. Əgər döyüş "golden score" vəziyyətinə (əsas görüşdə qiymətlərin və cəzaların bərabər olması) keçirsə, birinci "şido" alan uduzur, yaxud texniki fəndə görə birinci qiymət almış oyunçu udur.
Keçən mövsümdə IJF eksperimentlərə geniş yer versə də, olimpiya təsnifatı yaxınlaşdıqca o, vəziyyəti tam nizamlamağı qərara alıb. Azərbaycan cüdoçuları da yeni qaydaların tətbiqinə hazır olmalıdırlar.
İlk mühüm dəyişiklik hakimliklə əlaqədardır. Keçən il tatami üzərində döyüşlərə eksperiment kimi bir hakim nəzarət edirdisə, indi bu qayda təsdiq edilib. Baş arbitr videonəzarət sistemi ilə təchiz edilmiş masanın arxasında əyləşən iki hakimlə radiorabitə vasitəsilə əlaqə saxlayacaq.
Hakimin qərarına müdaxilə və ya bu qərarın dəyişdirilməsi IJF komissiyası tərəfindən yalnız müstəsna hallarda (səhvi aradan qaldırmaq zərurəti olduqda) həyata keçirilir. Qərəzsiz və neytral hakimliyi təmin etmək üçün hakimlərin rotasiyası sistemindən istifadə olunur. Məşqçilər apelyasiya şikayəti verə bilməzlər, lakin tatami üzərində hakimin qərarının dəyişdirilməsi üzrə komissiyanın əsaslarını dinləmək üçün onların IJF məhkəmə komissiyasına müraciət etməsinə icazə verilir.
Cüdoçuların texniki fəaliyyətinin qiymətləndirilməsini də qeyd etmək maraqlıdır. İppona (xalis qələbə) böyük dəyər vermək üçün yalnız real surətdə arxası üstdə tatamiyə yıxma priyomları hesaba alınır. Fənd nəticəsində hücuma məruz qalan tam arxası üstdə yerə sərildikdə qiymət verilir. Məğlubiyyət zamanı tam arxası üstdə yerə yıxılmadan çevrilmə olursa, "ippon" qiyməti verilmir. Bu bənd çox mühümdür və bütün təsnifat dövrü boyunca dəyişməz qalacaq.
Yerə düşərkən "körpü" vəziyyətinin alınması ilə əlaqədar bütün hallar "ippon" kimi təsnifləşdirilməlidir. Bu qərar idmançıların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul olunur ki, onlar boyun fəqərələrini təhlükəyə məruz qoyaraq məğlubiyyətdən yaxa qurtarmağa çalışmasınlar.
Cəza sistemi – "şido" da təshih edilib. Döyüş zamanı iştirakçıya üç dəfə xəbərdarlıq edilə bilər, dördüncü "şido"nun elan edilməsi diskvalifikasiyaya gətirib çıxarır. Özü də cəza qiymətləndirmədə rəqibə üstünlüklər vermir. Döyüşün sonunda hesab bərabərdirsə, az xəbərdarlıq alan idmançı qalib hesab olunur. Əgər döyüş "golden score" vəziyyətinə (əsas görüşdə qiymətlərin və cəzaların bərabər olması) keçirsə, birinci "şido" alan uduzur, yaxud texniki fəndə görə birinci qiymət almış oyunçu udur.
Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI turnirdə 1996-cı il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Yığmamız Latviya seçməsi ilə qarşılaşıb. Yekunda qalib gələn komandamız turniri 13-cü yerdə başa vurub.
9 yanvar
Azərbaycan - Latviya - 1:1 (3:0 pen.)
9 Ocak 2014
Çempionlar Liqasının pley-off mərhələsinə hazırlaşan “İqtisadçı” heyətinə yeni voleybolçu qatıb. Bakı təmsilçisi amerikalı Deja Makklendonla danışıqları müsbət yekunlaşdırıb.
Pensilvaniya Universitetinin komandasından transfer olunan 21 yaşlı hücumçu ilə hələlik mövsümün sonuna kimi müqavilə imzalanıb. Lakin voleybolçu özünü yaxşı tərəfdən göstərərsə, anlaşmanın müddətinin uzadılması istisna deyil. Qeyd edək ki, Makklendon “İqtisadçı”dan göndərilən həmyerlisi Kim Vilouqbini əvəzləyəcək.
Antalyada hazırlıqlarını davam etdirən "Xəzər Lənkəran"ın hazırlıq matçı çərçivəsində oynayacağı ilk klubun adı məlum olub.Cənub klubu ilk matçında Superliqa təmsilçisi " Çaykur Rizəspor"a qarşı keçirəcək. Görüş yanvarın 15-də baş tutacaq.
Qeyd edək ki, Lənkəran klubunun baş məşqçisi Mustafa Dənizli bundan əvvəl "Çaykur Rizəspor" komandasını çalışdırıb.
2018-ci ildə yeniyetmələrin yay Olimpiya oyunları Buenos-Ayresdə keçiriləcək. Argentina paytaxtı bu hüququ Şotlandiyanın Qlazqo, Kolumbiyanın Medelin, Meksikanın Qvadalaxara və Hollandiyanın Rotterdam şəhərləri ilə mübarizədə qazanıb. Xatırladaq ki, ilk belə turnir 2010-cu ildə Sinqapurda təşkil edilmişdi. 2014-cü ildəki oyunlara isə Çinin Nankin şəhəri ev sahibliyi edəcək.
Güləş 2020-ci il yay Olimpiya oyunlarının proqramına daxil olacaq. Bu barədə qərar bazar günü Buenos-Ayresdə Beynəlxalq olimpiya komitəsinin (BOK) üzvlərinin 125-ci sessiyasında səsverməsi nəticəsində qəbul olunub.
Beynəlxalq olimpiya komitəsi 2013-ci ilin fevral ayında 2020-ci il yay Olimpiya oyunlarının proqramından güləşin çıxarılmasını tövsiyə edib. May ayında təşkilatın icraiyyə komitəsi iddiaçılar sırasında Olimpiya oyunları-2020 proqramında üç idman növünü güləşi, beysbol/softbol və skvoşu saxlayıb.
Beynəlxalq olimpiya komitəsinin sessiyasında səsvermə nəticəsində güləş - 49, beysbol/softbol - 24, skvoş - 22 nümayəndənin dəstəyini alıb.
Qeyd edək ki, 2020-ci ildə Olimpiada Tokioda keçiriləcək. Güləş həmçinin yay Olimpiya oyunları-2024 proqramında da təmsil olunacaq.
Kaydol:
Kayıtlar (Atom)